• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mariya Stadnik Azərbaycana təşəkkür etdi

İDMAN

28 Fevral 2022 | 11:50

Mariya Stadnik Azərbaycana təşəkkür etdi

Azərbaycan millisinin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik instaqram hesabında yeni paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu yayımlayıb.

Stadnik fotoda Azərbaycan və Ukrayna bayraqları ilə yanaşı, təşəkkür işarəsinə də yer verib.

Daha əvvəl o, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026