• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşdi

İDMAN

29 Mart 2022 | 20:47

Azərbaycan yığmasının sonuncu rəqibi müəyyənləşdi

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.

Bakıvaxtı.az-ın məlumatına görə, C Liqasının 3-cü qrupunda mübarizə aparacaq kollektivin adına Qazaxıstan və Moldova milliləri arasında pley-off raundunun cavab oyunundan sonra aydınlıq gəlib.

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar - 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.

İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (4:3) Moldova yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycan millisinə rəqib olub.

Qeyd edək ki, digər pley-off matçında Kipr seçməsi Estoniyanı qəbul edir. Bu komandaların ilk duelində hesab açılmayıb.

UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart

18:00. Qazaxıstan - Moldova - 0:1 (PENALTİLƏRDƏ - 3:4)

İlk oyun - 2:1


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR