• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdıra bilər

İDMAN

28 Fevral 2022 | 15:32

UEFA Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdıra bilər

UEFA Rusiya millilərini və klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb bəzi ölkə federasiyalarının ruslarla qarşılaşmaqdan imtina etməsidir.

Xüsusən də, Polşa Futbol Assosiasiyası DÇ-2022-nin pley-off mərhələsinin yarımfinal mərhələsində texniki məğlubiyyət bahasına da olsa, Rusiya yığması ilə görüşməkdən imtina edib. Bu fikri başqa bir neçə federasiya da dəstəkləyib. Çətin durumda qalan UEFA isə çıxış yolunu Rusiya komandalarını beynəlxalq yarışlardan kənarlaşdırmaqda görür.

Hazırda qitə futbol qurumunda bu məsələ müzakirə olunur. Artıq bu gün və ya sabah analoji qərarın təsdiqlənməsi istisna edilmir. UEFA belə qərar qəbul etsə, FIFA da məsələni müzakirəyə çıxaracaq.

Qeyd edək ki, Rusiya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə şansını qoruyursa, Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə qarşılaşmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026