• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

"Barselona"nın oyunçusu "Real"a keçir?

İDMAN

28 Fevral 2022 | 13:55 | Müəllif: Subhan Mahmudov

"Barselona"nın oyunçusu "Real"a keçir?

"Barselona"nın yarımmüdafiəçisi Qavi İvan de la Penanın agenti ötən həftə "Real"ın ofisində görüntülənib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. "Real"ın əzəli rəqibi Kataloniya klubunun ispan futbolçusunu transfer etmək istədiyi bildirilir.

17 yaşlı oyunçunun "Barselona" ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır. Hazırda ona müqavilənin yenilənməsi üçün heç bir təkif olunmayıb.

Qeyd edək ki, Qavi bu mövsüm La Liqada 21 oyunda 2 qol vurub və 4 qolun ötürməsini verib. Transfermarkt oyunçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR