• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Severodonetskdə 800-ə yaxın insan kimya zavoduna sığınıb

DÜNYA

02 Iyun 2022 | 17:22

Severodonetskdə 800-ə yaxın insan kimya zavoduna sığınıb

Ukraynanın şərqindəki Severodonetsk şəhərində "Azot" kimya zavoduna 800-ə yaxın insan sığınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Luqansk regionunun qubernatoru Sergey Qayday CNN-ə deyib.

O bildirib ki, Rusiyanın intensiv atəşinə məruz qalan yerli sakinlər zavodun altındakı sovet dövründən qalma sığınacaqlarına yerləşiblər: “Orada yerli sakinlər var, onlardan şəhəri tərk etmək tələb olunsa da, bundan imtina ediblər. Sığınacaqdakıların arasında uşaqlar da var, amma onların sayı çox deyil”.

Qeyd edək ki, bu gün yerli rəsmilər Rusiya qüvvələrinin "Azot" zavodunu atəşə tutduğunu və inzibati binalardan birini və metanolun saxlandığı anbarı vurduğunu bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026