Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”da son 2 həftədə təxminən 200 muzdlu döyüşçü öldürülüb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Şoyqu bildirib ki, əlavə olaraq, 74 tank, 235 digər zirehli maşın, 2 ədəd HİMARS yaylım atəşi sistemi və üzərində iriçaplı pulemyotlar olan 268 maşın sıradan çıxarılıb.
Səbuhi Elnur
















