Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Məlumata görə, Sumqayıt şəhər sakinləri, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu fəhlə işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
















