• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var

HADİSƏ

30 Yanvar 2024 | 23:55

Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

“Toyota Prius" və “Wolksfagen Passat" markalı avtomobillərin toqquşub, nəticədə "Toyota Prius” yolun kənarındakı səkiyə çırpılıb. Bu zaman arxadan gələn daha bir "Toyota Prius" markalı avtomobil də idaretmədən çıxaraq eynimarkalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 2 nəfər (ad-soyadları dəqiqləşdirilir) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026