• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Süveyş kanalı yenə bağlandı

DÜNYA

29 Mart 2021 | 19:35

Süveyş kanalı yenə bağlandı

Bu gün Süveyş kanalında “Ever Given” konteyner gəmisi yenə hərəkəti dayandırıb.

Bakivaxti.az “Report”a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə Süveyş Kanalı İdarəsindəki (SCA) mənbə bildirib: “Gəmi güclü külək üzündən eyni vəziyyətə qayıtdı, amma məsələ əvvəlki kimi qəliz deyil”.

Kanalın operator şirkəti “Gulf Agency Company”dəki mənbənin sözlərinə görə, dünən saydan çıxarılmış 400 metr uzunluğu, 224 min ton tutumlu “Ever Given” gəmisini hərəkətə gətirmək üçün işlər davam etdirilir, hələlik mühüm bir dəyişiklik yoxdur.

Qeyd edək ki, uzunluğu 400 metr olan “Ever Given” yük gəmisinin yükgötürmə qabiliyyəti 224 min tona bərabərdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirkən kanalın 151-ci kilometrliyində saya oturub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026