• Bakı 14° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Süveyş kanalının bağlanması insan səhvinin nəticəsidir - AÇIQLAMA

DÜNYA

07 Aprel 2021 | 16:25

Süveyş kanalının bağlanması insan səhvinin nəticəsidir - AÇIQLAMA

Süveyş kanalının tamamilə bağlanmasına səbəb olan “Ever Given” konteyner gəmisi ilə bağlı insident insan səhvi ucbatından baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyinə müsahibə verən Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabia deyib.

“Kapitanın sükan və ya sürət tənzimləməsində səhv etməsi ehtimalı var”, - U. Rabia söyləyib.

U.Rabia bir daha Süveyş kanalı rəhbərliyinin hadisəyə görə heç bir məsuliyyət daşımadığını da vurğulayıb.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026