• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Beynəlxalq liderlik müsabiqəsinin qalibləri mükafatlandırıldılar

CƏMİYYƏT

19 Avqust 2024 | 21:27

Beynəlxalq liderlik müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Türkiyənin Anadolu Universiteti  Beynəlxalq Dostluq Gününə həsr olunan Beynəlxalq Liderlik Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirib.

Bakıvaxtı.az xəbər verir ki, onlayn formatda keçitilən mərasimdə  Anadolu Universitetinin rektoru Fuat Ərdal, universitetin professor-müəllim heyəti, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru-Mükafatlandırma Komitəsinin sədri Azər Hətəmov,  komitə üzvləri, müsabiqə qalibləri, tələbələr, Azərbaycanın və Türkiyənin media nümayəndələrinin və tanınmış elm adamları  iştirak ediblər. 

Anadolu Universitetinin Beynəlxalq Liderlik müsabiqəsi müxtəlif sahələr üzrə müstəsna xidmətlər göstərib, liderlik nümayiş etdirib peşəkarları qiymətləndirir, onlara mükafatlar təqdim edir. Builki tədbir beynəlxalq əməkdaşlığın gücünü, sərhədləri, mədəniyyətləri aşan davamlı dostluq bağlarını qeyd etdiyi üçün əlamətdar olub.

 Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov beynəlxalq müsabiqənin əhəmiyyətindən, Anadolu Universiteti və Universitetin Azərbaycan Proqramlarının Türkiyə və Azərbaycan arasındakı əbədi və sarsılmaz dostluq, qardaşlıq bağlarını ən ümdə məsələ sayaraq  iki qardaş ölkənin liderləri tərəfindən atılan tarixi əhəmiyyətli addımlar və əldə olunan uğurlar barədə məlumat verib.

Anadolu Universitetinin Açıq Təhsil fakültəsinin dekanı Əli Rəsül Usul beynəlxalq dosluq gününə həsr olunan müsabiqənin  əhəmiyyətini qeyd edərək, Türkiyə və Azərbaycan dövlətləri arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin digər dövlətlərə və onların rəhbərlərinə bir örnək olduğunu bildirib.

Anadolu Universitetinin rektoru professor Fuat Ərdal qlobal birliyin və anlaşmanın gücləndirilməsində liderliyin əhəmiyyətli rolunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan mədəni sərvətləri ilə bir-birini qidalandıran, sosial həmrəyliyi ilə bir-birini gücləndirən, strateji tərəfdaşlıqları ilə regional sabitliyə töhfə verən iki qardaş dövlətdir:

"Ticarət əlaqələrimiz günü-gündən güclənir, akademik əməkdaşlığımız gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirməkdə davam edir. Bu dərin əlaqələr təkcə bu günü deyil, gələcəyi də formalaşdıracaq, hər iki ölkənin firavanlığına və inkişafına xidmət edəcə".

Daha sonra Beynəlxq Müsabiqənin müvafiq nominasiyalar üzrə qalibləri  elan edilib:

-  Lider İş Adamı nominasiyası - Camal Yanğın Türkiyə Respubiklasının Xarici İqdisadi Əlaqələr Şurasının üzvü, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sabiq sədri,İstanbul Çarşı şirkətinin təsisçisi.

- İnnovasiya üzrə Liderlik nominasiyası - İlham Əhmədov Azərbaycan Pedaqoji Universitetinin dosenti, Təhsildə İnnovasiyaların tətbiqi mövzusunda bir sıra kitab və elmi məqalələrin müəllifi, innovativ layihələrin rəhbəri, tanınmış təhsil eksperti.

- Sülh Lideri nominasiyası - Hülusi Kılıç Türkiyənin Azərbaycanda və Moldovadakı sabiq səfiri, tanınmış diplomat, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi.

- Qlobal Liderlik və İdarəçilik nominasiyası - Samir Novruzov “Management Consulting Group” şirkətinin təsisçisi və Baş icraçı Direktoru, Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvü. İdarəçilik və Liderlik sahələrinə aid məqalələri “Management Consulting Journal”, “Open Journal Business and Management”, “Open Journal of Leadership” kimi beynəlxalq elmi jurnallarda dərc olunub.

Mərasim müsabiqənin təşkil edilməsinin və liderliyin əhəmiyyətli rolu baradə qaliblərin ürək sözləri ilə davam etdirilib.

Mərasimin sonunda iştirakçılar Anadolu Universitetinə və Anadolu Universiteti Azərbaycan Proqramlarına müvafiq fəaliyyət sahələri üzrə görkəmli liderləri qiiymətləndirdiyinə, həmçinin, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq üçün dostluğun və əməkdaşlığın vacibliyini vurğulayan belə bir önəmli mərasimin təşkilində göstərdiyi səylərə görə minnətdarlıqlarını bildiriblər.

Namiq Əhmədov


Beynəlxalq liderlik müsabiqəsinin qalibləri mükafatlandırıldılar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026