• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tanınmış müğənni seçkilərdə qalib gəldi

DÜNYA

01 Aprel 2024 | 20:21 | Müəllif: Subhan Mahmudov

Tanınmış müğənni seçkilərdə qalib gəldi

Türkiyəli müğənni Hilal Özdemir karyerasında yeni səhifə açıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli idarəetmə orqanlarına seçkilərdə muxtarlığa namizəd olan Özdemir qalib gəlib.

Məşhur sənətçi mart ayının əvvəlində sosial media hesabında paylaşım edərək Kadıköyün Suadiyə rayonundan muxtarlığa namizəd olduğunu açıqlamışdı.

Özdemir qələbə xəbərini paylaşaraq "Hörmətli Suadiye sakinləri, 31.03.2024-cü il yerli seçkilərdə mənə və komandama səs verən və qalib gəlməyimizə kömək edən hər kəsə təşəkkür edirəm. Yeni dövrdə də sizlərlə birlikdə məhəlləmizə gözəl xidmətlər göstərməyə davam edəcəyik" yazıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026