Polşada müharibə əleyhinə yürüş keçirilib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir ki, Varşavanın mərkəzində Polşanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakına qarşı müharibə əleyhinə “Sülh marşı” keçirilib.
Məlumata görə, aksiya Təhlükəsiz Polşa partiyası və Polşanın Müharibə Əleyhinə Hərəkat tərəfindən təşkil olunub.
Yüzlərlə etirazçı Traugutt Xaçının ərazisinə toplaşaraq Köhnə Şəhərdəki Gənc Üsyançının abidəsinə doğru hərəkət ediblər.
Aksiya iştirakçıları “Bu, bizim müharibəmiz deyil” şüarları səsləndirərək, “Bu gün tanklarımız, sabah bizim uşaqlarımız” şüarları yazılmış plakatlar qaldıraraq Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.
Mina Mikayılova











jpg-1717155634.webp)



