• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kremldən Çinə dəstək: İsveçrədə keçirilən sammit mənasızdır

DÜNYA

31 May 2024 | 15:41 | Müəllif: Gülşən Şərif

Kremldən Çinə dəstək: İsveçrədə keçirilən sammit mənasızdır

 "Moskva Ukraynada sülhün təminatı ilə bağlı İsveçrədə keçiriləcək sammitlə bağlı Çinlə eyni fikirdədir".
 
Bakıvaxtı.az
"izvestiya"ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan Ukraynada sülhlə bağlı hər hansısa görüşlərin təşkili mənasızdır:

"Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətdən çıxış yolları axtarmaq tamamilə məntiqsiz, əbəs və vaxt itkisidir". 

Qeyd edək ki, Çin Ukrayna ilə bağlı sammitdə iştirak etməkdən imtina edib. Bildirilib ki, konfransda irəli sürülən təkliflər Çinin mövqeyi ilə eyni deyil.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026