• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Husilər ABŞ-nin gəmisinə hücum etdi

DÜNYA

31 May 2024 | 15:53

Husilər ABŞ-nin gəmisinə hücum etdi

Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verir.

Məlumata görə, Husilərə bağlı Ənsar Allah hərəkatı Qırmızı dənizdə ABŞ-nin “Dwight Eisenhower” aviadaşıyıcısına hücum edib.

Onun sözlərinə görə, zərbə bir neçə qanadlı və ballistik raketlərdən istifadə etməklə həyata keçirilib və hədəfə çatıb.

O iddia edir ki, bu, Böyük Britaniya və ABŞ-nin təşkilatın Yəməndəki obyektlərinə hücumlarına cavabdır.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026