• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistan və NATO hərbi əməkdaşlığı müzakirə edib

DÜNYA, CƏMİYYƏT

01 May 2024 | 17:10

Ermənistan və NATO hərbi əməkdaşlığı müzakirə edib

Ermənistan və NATO gələcək əməkdaşlığı müzakirə ediblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Artur Yeroyan NATO-nun Brüsseldəki mənzil-qərargahında aparılan müzakirələr zamanı 2024-cü il üçün hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq proqramını razılaşdırıb və yeni qarşılıqlı fəaliyyət istiqamətləri müəyyən edilib.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, müzakirələr çərçivəsində tərəflər respublikanın hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə yardımın göstərilməsi üzrə fəaliyyətin nəticələrini nəzərdən keçiriblər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026