Tanzaniyanın şimalındakı Manyara regionunda uzun sürən quraqlıq səbəbindən 62 mindən çox heyvan tələf olub.
Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Şimanjiro dairə şurasının sədr müavini Sendeu Layzerin sözlərinə görə, uzun sürən quraqlığın qurbanı 62 585 heyvan, o cümlədən iribuynuzlu mal-qara, qoyun və keçilər olub.
Layzer vurğulayıb ki, quraqlıq heyvandarları nisbi su və otlaq üçün ot ehtiyatı olan ərazilərə köçməyə məcbur edir.
















