Tovuz şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1971-ci il təvəllüdlü Etibar Mehdizadə və onun oğlu, 2000-ci il təvəllüdlü Sərdar Mehdizadə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report