ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Moskvanı vuracağı ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Tramp Rusiya lideri ilə dost olduqlarını, lakin başqa seçimi olmadığını bildirib.
"Dedim ki, Vladimir, əgər Ukraynaya getsən, səni o qədər vuracağam ki, inanmayacaqsan. Mən düz Moskvanın ortasına zərbə vuracağam", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, avqust ayında milyarder İlon Maska verdiyi müsahibədə Tramp yenidən seçiləcəyi təqdirdə Putinlə münasibətlərinin yaxşılaşacağına ümid etdiyini bildirib.
Gülşən Şərif









jpg-1732089479.webp)


