Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə siyasətdən uzaqlaşacağını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Tramp jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki gündəmini dəyərləndirib.
Seçkiləri uduzsa, 2028-ci ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı suala Tramp belə cavab verib:
"Xeyr, belə düşünmürəm. Amma ümid edirəm ki, uğur qazanacağıq".
Qeyd edək ki, 78 yaşlı Tramp fikrini dəyişsə, seçkiləri uduzsa və növbəti prezident seçkilərinə qatılsa, 2028-ci ildə onun 82 yaşı tamam olacaq.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində Tramp Ağ Evdəki kürsüyə çıxmaq üçün demokrat rəqibi Kamala Harrislə yarışacaq.
Əli Hüseynov
















