• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Trampa 5 milyon dollarlıq CƏZA

DÜNYA

10 May 2023 | 10:06

Trampa 5 milyon dollarlıq CƏZA

ABŞ məhkəməsi keçmiş Prezident Donald Trampı jurnalist Ceyn Kerrolla təcavüz etməyə cəhddə təqsirli bilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, habelə Trampın köşə yazarına böhtan atdığı da məlum olub.

2024-cü ildə yenidən prezident seçilmək istəyən Tramp zərərçəkmişə 2 milyon dollar, habelə böhtan və köşə yazarının nüfuzuna vurulan zərərə görə əlavə 3 milyon dollar təzminat ödəyəcək.

Qeyd edək ki, C. Kerroll Trampın 1996-cı ildə Nyu-Yorkdakı “Bergdorf Goodman” adlı mağazanın soyunub-geyinmə otağında ona cinsi təcavüz etdiyini bildirib.

Tramp isə “o qadın mənim tipim deyil” deyərək ittihamları rədd edib.


Trampa 5 milyon dollarlıq CƏZA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026