• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Deputat və oğlu qəzaya düşdü

DÜNYA

09 Iyun 2023 | 09:03 | Müəllif: Qalib İbrahimoğlu

Deputat və oğlu qəzaya düşdü

AK Partiya millət vəkili Bahadır Yenişehirlioğlu yol qəzasına düşüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak avtomobil yolunun Çalışlar kəndi yaxınlığında qeydə alınıb.

Verilən məlumata görə, yük maşını aşıb və yanmağa başlayıb. Aşan yük maşınındakı mal-qaranın bir hissəsi yola səpələnib.

Ünal Özdemirin idarə etdiyi 06 CJU 017 dövlət nömrə nişanlı avtomobil isə iribuynuzlu heyvana çırpılıb. Qəzada AK Partiya Qrup sədr müavini və Manisa millət vəkili Bahadır Yenişehirlioğlu və oğlu Məhəmməd Talha Yenişehirlioğlu yaralanıb.

Afyonkarahisar Sağlamlıq Elmləri Universiteti Xəstəxanasına aparılan yaralıların həyati təhlükəsinin olmadığı deyilir.

Murad Məmmədli


Deputat və oğlu qəzaya düşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026