• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

BMT-nin mənzil qərargahında bayraqlar endirildi

DÜNYA

09 Iyun 2023 | 00:45 | Müəllif: Subhan Mahmudov

BMT-nin mənzil qərargahında bayraqlar endirildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu York şəhərindəki mənzil qərargahında dalğalanan bayraqlar endirilib.

Bakıvaxtı.az xəbər verir ki, kompleksdə BMT-yə üzv olan 193 dövlətin bayrağı Nyu Yorkda havanın kirliliyi səbəbi ilə endirilib.

BMT baş katibinin sözçüsü Stefan Dujarik baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq təşkilat öz texniki işçilərini lazımsız risklərdən qorumaq üçün belə bir qərar alıb:

"Bayraqlarla bağlı alınmış xüsusi qərarlara uyğun prosedurlar var. Bunlar güclü yağışlar, şiddətli küləklər, soyuq temperatur müşahidə etdiyimiz zaman tətbiq olunur. Burada çalışdığım 20 il ərzində ilk dəfədir ki, bu qərarın tətbiq edildiyinə şahid oluram. Havanın keyfiyyəti ilə bağlı problemlərə görə biz təhlükəsizlik işçilərimizi lazımsız risklərə atmaq istəmirik", - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026