Türkiyə əsgəri İraqın şimalında "Pençe-Şimşek” əməliyyatı zonasında həlak olub.
Bu barədə Bakıvaxtı.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, atəş sahələrində ağactəmizləmə işləri zamanı ağacın üzərinə düşməsi nəticəsində ağır yaralanan türk əsgəri Faruk Əsər şəhid olub.
















