• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu

DÜNYA

29 Noyabr 2023 | 22:01

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

Dövlət başçısının Beştəpədəki iqamətgahında keçirilən görüş 2,5 saat davam edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə edilib. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb.

İclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub. Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.

Həmçinin Türkiyənin ölkə daxilində və sərhəddən kənarda qətiyyətlə həyata keçirdiyi terrorla mübarizə əməliyyatları da hərtərəfli dəyərləndirilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024