• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Türkiyə quruda neft tapdı

İQTİSADİYYAT

19 Iyul 2023 | 18:24

Türkiyə quruda neft tapdı

Türkiyəli alimlər hələ 1926-1930-cu illərdə Mineral Tədqiqat və Kəşfiyyat Baş Müdirliyi tərəfindən aparılan neft axtarış işlərini nəzərdən keçirib. Alimlər onlarda “qara qızıl”ın olduğunu göstərən izlər aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Gümüşxana Universitetinin alimləri məlumat yayıblar.

“1930-cu illərə aid neft kəşfiyyatı məlumatlarını araşdırdıqdan sonra Ərzincandakı potensial neft yataqlarını yenidən tədqiq etdik. Və belə nəticəyə gəldik ki, bölgədə tərkibində Rusiya nefti ilə oxşarlıq olan neft ola bilər. Aşağı Çimaqıl kəndində aparılan tədqiqatlar suyun səthində neft damcılarının və davamlı karbohidrogen qoxusunun olduğunu göstərib. Potensial mənbənin gələcək kəşfiyyatı, bölgədə hərtərəfli geoloji və dərin seysmik tədqiqatlarını əhatə edəcək neft şirkəti “Türk Petrolları”na həvalə ediləcək”, - onlar bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026