Türkiyədə meşə yanğını baş verib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yanğın ölkənin Bolu bölgəsində qeydə alınıb. Göynük rayonundakı yanğını söndürmək üçün əraziyə çox sayda texnika, canlı qüvvə və helikopterlər cəlb edilib.
Meşə yanğını nəzarət altına alınıb. Hazırda söndürmə işləri görülür.
Qeyd edək ki, yanğın nəticəsində 8 hektar meşə sahəsi yanıb.
















