• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu

DÜNYA

25 Iyun 2023 | 20:39 | Müəllif: Subhan Mahmudov

Türkiyəyə gətirilən PKK terrorçusu təslim oldu

Şimali İraqdakı terror düşərgəsindən qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan terrorçulardan birinin Fransada yaşayarkən terror təşkilatına qoşulduğu, daha sonra bölgəyə göndərildiyi müəyyən edilib.

Bakıvaxtı.az bildirir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan 4 PKK terrorçusunun Habur və Silopi sərhəd məntəqələrinə təslim olduğunu açıqlayıb.

Nazirlikdəki mənbələrdən alınan məlumata görə, terrorçulardan birinin ötən il Fransada yaşayarkən terror təşkilatına qoşulduğu və İraqın şimalındakı terror düşərgələrinə göndərildiyi müəyyən edilib.

"Münzur B." Kod adlı terrorçu ilk ifadəsində Şimali İraqa gəlməmişdən əvvəl bir müddət Yunanıstanda düşərgədə qaldığını və ilk məlumatın ona orada verildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR