• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uçuşlar dayandırıldı, yaşayış məntəqələri boşaldıldı - SƏBƏB

DÜNYA

25 Iyul 2023 | 16:18

Uçuşlar dayandırıldı, yaşayış məntəqələri boşaldıldı - SƏBƏB

İtaliyanın Siciliya adasında başlayan meşə yanğınında alovlar hava limanına yaxınlaşıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu üzdən hava limanında uçuşlar dayandırılıb, yaşayış məntəqələri boşaldılıb.

Məlumata görə, Avropada həddindən artıq istilərdən sonra başlayan meşə yanğınları İtaliyanı da vurub. Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib.

Palermoda risk altında olan bir çox yaşayış məntəqələri boşaldılıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada küləkli hava şəraiti səbəbindən yanğına müdaxilənin çətinləşdiyi, İtaliyanın digər bölgələrindən də gücləndirmə dəstələrinin göndəriləcəyi bildirilib.

Hazırda 30 yanğınsöndürənin müdaxilə etdiyi yanğınlarla əlaqədar şəhərdə bəzi magistral yolların nəqliyyata bağlandığı açıqlanıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR