• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Putin oktyabrda Çinə səfər edəcək

DÜNYA

25 Iyul 2023 | 19:44

Putin oktyabrda Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri Çində “Bir kəmər, bir yol” forumunun keçiriləcəyi oktyabr ayına planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

“Məlumdur ki, biz dəvət almışıq və Çinə getmək niyyətindəyik”, - Kreml sözçüsü bildirib. Səfərin vaxtı ilə bağlı sualı cavablandırarkən, o, “Bir kəmər, bir yol” forumunun keçiriləcəyi ilin oktyabr ayı olduğuna aydınlıq gətirib.

Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, səfər zamanı gündəmdə olan mövzulardan biri ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq olacaq, bundan əlavə, Moskva və Pekin mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

2000-ci ildən bəri Rusiya prezidenti Vladimir Putin Çinə 17 dəfə səfər edib (sonuncu dəfə 2022-ci il fevralın 4-də Pekində Qış Olimpiya Oyunlarının açılışı olub).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026