Polşa Seyminin deputatları "Vətəndaş platforması" partiyasının lideri və müxalifətdən namizəd Donald Tuskun ölkənin baş naziri postuna namizədliyinin irəli sürülməsinə səs veriblər.
Bakıvaxtı.az bildirir ki, 248 deputat lehinə, 201 nəfər isə əleyhinə səs verib.
"Bu hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inananlar üçün həqiqətən böyük bir gündür", - deyə Tusk çıxışında bildirib.
















