• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək

DÜNYA

10 Yanvar 2024 | 22:18 | Müəllif: Subhan Mahmudov

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Bakıvaxtı.az bildirir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib.

Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər.

Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər.

Builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək.

Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir./azərtac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026