Mayın 7-də ov edən zaman itkin düşən Rusiyanın Omsk vilayəti Səhiyyə Nazirliyinin rəhbəri Aleksandr Muraxovski tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı nazirliyin mətbuat xidməti təsdiqləyib.
“Mash Siberiya” “Telegram” kanalı xəbər verir ki, üç günlük axtarışdan sonra o özü insanlarla əlaqə yarada bilib.
Nazir Bolşeukovski rayonunun Baslı kəndinin ərazisində tapılıb. Onun xəstəxanaya aparıldığı bildirilir.
Nazirin vəziyyətinin yaxşı olduğu qeyd edilir.
















