Pilotsuz təyyarə tarixdə ilk dəfə qırıcını havada yanacaqla təmin etmə əməliyyatını reallaşdıra bilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, PUA-nın MQ-25 Stingray prototipi İllinoys ştatının üzərində uçan ABŞ Donanmasının F / A-18F Super Hornet qırıcısını yanacaqla təmin edə bilib. PUA təxminən 4,5 saat havada olub. Ümumilikdə təyyarə drondan 150 kiloqrama yaxın yanacaq alıb.
















