• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Qırğızıstan-Tacikistan sərhədində atışma

DÜNYA

08 Iyul 2021 | 19:15

Qırğızıstan-Tacikistan sərhədində atışma

Qırğızıstan-Tacikistan sərhədində atışma olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.

Məlumata görə, iyulun 8-də Qırğızıstanın 4 sərhədçisi qanunsuz olaraq Tacikistanın Soqdi vilayətinə keçib. Hərbi və mülki geyimdə olan sərhədçilərin üzərində avtomat silahları olub. 9 baş atı Qırğızıstana keçirmək istəyən qırğızlar tacikləri atəşə tutublar.

Tacikistan sərhədçilərinin onlara cavab atəşi açması nəticəsində iki qırğız sərhədçi yaralanıb.

Hadisə yerinə hər iki ölkənin vəzifəli şəxsləri gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR