• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

DÜNYA

20 Iyun 2025 | 21:30 | Müəllif: Subhan Mahmudov

Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

Rusiya Prezidenti Vladimir Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.

O, dünyamızın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirib.

Rusiya lideri münaqişənin həlli yollarını tapmağa çağırıb:

“Münaqişə üçün böyük potensial var və bu, getdikcə artır. Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026