• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA Avropa Liqası: "Zirə" cavab oyununa çıxır

İDMAN

18 Iyul 2024 | 09:25

UEFA Avropa Liqası: "Zirə" cavab oyununa çıxır

"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Şerif"lə (Moldova) qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

18 iyul

20:00. "Zirə" - "Şerif" (Moldova)

Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).

Mərdəkan, "Dalğa Arena".

İlk oyun - 1:0.

Qeyd edək ki, "Zirə" - "Şerif" cütünün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026