• Bakı 11° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Həvəskar komandalar arasında Azərbaycan Kubokunun finalı keçirilib

İDMAN

16 Avqust 2024 | 17:50

Həvəskar komandalar arasında Azərbaycan Kubokunun finalı keçirilib

Ağcabədi şəhərində həvəskar komandalar arasında Azərbaycan Kubokunun final oyunu keçirilib.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.

Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, AHFF-nin prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.


SON XƏBƏRLƏR

05 Mart 2026