• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna FİFA və UEFA-dan xaric edilə bilər

İDMAN

19 Dekabr 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

Ukrayna FİFA və UEFA-dan xaric edilə bilər

Ukrayna Futbol Assosiasiyası (UAF) FİFA və UEFA-dan xaric edilə bilər.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna ölkədə üçüncü tərəflərin qurumun işinə müdaxilə etməsi səbəb göstərilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, hər iki təşkilat artıq bununla bağlı UAF-a xəbərdarlıq məktubu göndərib.

Assosiasiyanın vitse-prezidenti Oleq Protasov özünün sosial şəbəkə hesabında FİFA və UEFA-nın mümkün sanksiyalarını paylaşaraq, qurumun nüfuzlu təşkilatlardan çıxarıla biləcəyini xatırladıb. Ukrayna mətbuatının iddiasına görə, iclasda qurumun hazırkı prezidenti Andrey Pavelkonun istefaya göndərilməsi və onun yerinə Andrey Şevçenkonun təyinatına səs verilməsi planlaşdırılır.

Xatırladaq ki, Pavelko bu ilin noyabrında maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026