• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Ukrayna infrastrukturunun 30 faizi dağılıb"

DÜNYA

21 Iyun 2022 | 15:08

"Ukrayna infrastrukturunun 30 faizi dağılıb"

“Rusiyanın işğalı nəticəsində Ukrayna infrastrukturunun 20-30 faizi dağılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın infrasturktur naziri Aleksandr Kubrakov “Le Monde”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 4 aylıq müharibə zamanı yollar, körpülər, dəniz limanları, dəmir yollar və hava limanlarına ziyan dəyib.

Nazirin qənaətincə, Ukrayna iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan dəyib: “Müharibə sonucunda 105,5 milyard dollarlıq yaşayış və qeyri-yaşayış məntəqələri, o cümlədən 40 milyard dollardan artıq avtomobil yolları dağılıb. Mariupol, Xarkov, Çerniqov, Severodonetsk və Lisiçansk şəhərlərinə daha çox ziyan dəyib. 320 min nəfərin evi dağılıb. Biz daha çox insanın evsiz qaldığını ehtimal edirik. Məsələn, Mariupol tamamilə dağıdılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026