• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ukraynada helikopter qəzaya uğrayıb: 2 ölü

DÜNYA

01 Sentyabr 2024 | 22:50 | Müəllif: Gülşən Şərif

Ukraynada helikopter qəzaya uğrayıb: 2 ölü

Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb, iki nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İvan Kojedub adına Xarkov Milli Hava Qüvvələri Universiteti məlumat yayıb.

“Universitetin aviasiya hazırlığı briqadasında bir Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb. İki nəfərdən ibarət hava gəmisinin ekipajı ölüb.

Hadisə yerində müstəntiqlər, mövzu üzrə ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir”, – məlumatda diqqətə çatdırılıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026