• Bakı 13° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Uqandalı idmançı Keniyada qətlə yetirildi

DÜNYA

01 Yanvar 2024 | 09:40

Uqandalı idmançı Keniyada qətlə yetirildi

Uqandanı üç Olimpiya Oyununda təmsil etmiş atlet Bencamin Kiplaqat Keniyada bıçaqlanaraq qətlə yetirilib.

Bakıvaxtıı.az BBC-yə istinadla xəbər verir ki, 2012-ci ildə London Olimpiadasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışının yarımfinalçısı olan 34 yaşlı idmançı atletlər üçün ən yaxşı təlim mərkəzi hesab edilən Keniyanın Eldoret qəsəbəsi yaxınlığında avtomobildə boynundan və sinəsindən bıçaqlanmış vəziyyətdə tapılıb.

Qətl hadisəsi ilə bağlı məlumat yayan Dünya Atletikası idmançının öldürülməsi barədə xəbərin sarsıdıcı olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026