BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan UNRWA-nın komissarı General Philippe Lazzarini ilə telefonla danışıb.
Bakıvaxtı.azxəbər verir ki, danışıq zamanı Əl Nəhyan Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandıran ölkələri bu qərarı dərhal ləğv etməyə çağırıb.
Əl Nahyan və Lazzarini UNRWA-ya mandatını yerinə yetirməkdə dəstək olmaq, humanitar və tibbi yardım göstərmək məsələlərini müzakirə ediblər.
BƏƏ xarici işlər naziri sonda ölkəsinin UNRWA-ya dəstəyini vurğulayıb.
Günəş Mərd
















