• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

NASA kosmosa 4 ton yük göndərdi

DÜNYA

31 Yanvar 2024 | 00:50

NASA kosmosa 4 ton yük göndərdi

Northrop Grumman-ın Beynəlxalq Kosmik Stansiyaya təxminən 4 ton yük daşıyan NG-20 Cygnus robot təchizat gəmisi SpaceX-in Falcon 9 raketi ilə kosmosa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Agentliyi ( NASA ) Beynəlxalq Kosmik Stansiyaya təxminən 4 ton yük göndərib . ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan Northrop Grumman şirkətinin NG-20 Cygnus robot təchizat gəmisi, tərkibində elmi tədqiqat üçün alətlər və avadanlıqlar, ekipaj üçün materiallar və ləvazimatlar daşıyan kosmik gəmi atılıb. Buraxılış Northrop Grumman-ın Beynəlxalq Kosmik Stansiyaya 20-ci kommersiya tədarük xidmətləri missiyası kimi qeydə alınıb.
Falcon 9 raketi NG-20 Cygnus robotik təchizat kosmik gəmisindən ayrıldıqdan sonra yerə qayıdıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026