"Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub".
Bakıvaxtı.az-ın TASS-a aistinadla məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, dünya bu xəstəliyə çoxdan qalib gəlməli olsa da, əslində o artır.
"2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq", - deyə ÜST-ün Baş direktoru vurğulayıb.
Qebreyesus bildirib ki, hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir.
















