• Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Vaqner” Baxmutu tərk edir

DÜNYA

05 May 2023 | 12:29

“Vaqner” Baxmutu tərk edir

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. On minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən müharibənin episentri olan Baxutdan gələn xəbər Rusiyada soyuq duş effekti yaratdı.

Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinə bağlı “Konkord”un mətbuat xidməti Telegram hesabında video yayımlayıb.

Videoda Yevgeni Priqojin açıqlanmayan yerdə Vaqner döyüşçüləri kimi təqdim etdiyi meyitlərin qarşısında dayanan Rusiya ordusunun yüksək səviyyəli rəsmilərinə müraciət edib.

Rusiya hərbiləşdirilmiş qrupunun lideri onlarla meyiti göstərərək rus hərbi komandirlərinin ünvanına söyüşlər yağdırıb.

Telegram kanalındakı videoda Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu döyüşçülərini kifayət qədər sursatla təmin etməməkdə ittiham edib.

Yevgeni Priqojin qoşunlarını şəhərdən çıxaracağını bildirdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR