• Bakı 17° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Vasif Talıbovun maaşı onun heç itinin, pişiyinin yem xərcinə çatmaz” - Partiya sədri

SİYASƏT

01 Dekabr 2022 | 12:01

“Vasif Talıbovun maaşı onun heç itinin, pişiyinin yem xərcinə çatmaz” - Partiya sədri

“Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin maaşı Vasif Talıbovun heç itinin, pişiyinin yem xərcinə çatmaz. Vasif Talıbov o mülkləri xalqı çapıb-talamaqla, dövlət büdcəsini yeməklə əldə edib”.

Bunu Bakıvaxtı.az-a Talıbovların Dubaydakı mülklərinin siyahısına münasibət bildirən Müasir Müsavat Partiyasınını sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, indiyə qədər bunları heç bir qurum görməyib: “Niyə görməyib, orası maraqlıdır.Vasif Talıbovun Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, Böyük Britaniya və başqa ölkələrdəki mülklərini saymaqla bitməz. Bu mülklərin hamısı satılmalı, hərraca çıxarılmalı və şəffav şəkildə dövlət büdcəsinə qaytarılmalıdır. Bütün bu mülklərdən qalan vəsaitlər kasıb ailələrə, uşaqpuluna, şəhid ailələri və qazilərə xərclənməlidir”.

MMP sədri deyib ki, baş verənlər olduqca üzücü haldır və hər kəs bundan nəticə çıxarılmalıdır: “Belə məmurların hamısı xalqın gözü qarşısında dar ağacından asılmalıdır. Belə biabırçılıq olmaz. Kimi tutursan, altından milyonlar, milyardlar çıxır. Xalqı qıcıqlandırmaq olmaz. Mən zamanında basqılara məruz qaldığım halda, dəfələrlə bunları demişəm. Zamanında mənə deyilirdi ki, dilini sakit saxla. Amma indi niyə məmurların mülk siyahısı açıqlanır?”

Hafiz Hacıyev qeyd edib ki, bəzi məmurlar Prezidentin uğurlu siyasətinə kölgə salmaqla məğul olur: “Belələrini bağışlamaq olmaz. Vasif Talıbovun həbsi gözləniləndir”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024