• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Albaniya-Azərbaycan arasında yeni enerji əməkdaşlığı formalaşacaq

SİYASƏT

15 Noyabr 2022 | 16:20

Albaniya-Azərbaycan arasında yeni enerji əməkdaşlığı formalaşacaq

​​​​​​"Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniyaya dövlət səfərinə gedib. Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illərin inkişafı müşahidə edilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 11 dəfə artaraq 4 milyon 951 min dollara çatıb: "Bu ilin ilk 9 ayında isə ölkələr 1 milyon 456 min dollarlıq ticarət həyata keçiriblər. Bununla belə, ölkələr arasıda ticarət potensialı daha yüksəkdir və Azərbaycan Prezidentinin səfərindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyacağı gözlənilir".

V.Bayramov bildirib ki, eyni zamanda, Albaniya Azərbaycan mavı qazını almaq istəyən ölkələrdəndir: "Gözlənilir ki, ölkələr arasında yeni enerji əməkdaşlığı formalaşacaq və Azərbaycan Avropada ittifaqa üzv olmayan dövlətlərin də enerji təhlükəsizliyinə xüsusi töhvə verəcək. Albaniya TAP kəməri vasitəsi ilə Azərbaycan qazını idxal etmək imkanına malikdir. Qeyd edək ki, Azərbaycan bu il Avropaya 11.5 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. 2026-cı ilədək “qoc qitəyə” mavi qaz nəqlinin 2 dəfə artırılması nəzərdə tutulur".

Vüqar Bayramov qeyd edib ki, "Prezident İlham Əliyevin son səfəri iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu daha da artıracaq.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026