• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Proseslər anti-terror hadisələrin olması labüd edir" - Politoloq

SİYASƏT

15 Dekabr 2022 | 09:33 | Müəllif: Qalib İbrahimoğlu

"Proseslər anti-terror hadisələrin olması labüd edir" - Politoloq

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri bir neçə gündür ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirirlər.

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a bildirib ki, Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərindən kənar fəaliyyəti göstərməsi azərbaycanlıların etirazına səbəb olub.

"Bu etirazlar rus sülhməramlıların əraziyə yerləşdirildiyi ilk gündən başlamışdı. Onlar da bura gələndən sülhü təşviq etmək əvəzinə sepertçıların təşkilatlanmasına dəstək oldular, Laçın dəhlizindən qeyri-qanuni istifadə hallarına şərait yaratdılar.

Bu günlərdə isə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən rus sülhməramlı kontingentinin müvvəqəti yerləşdiyi ərazidə ekoloji mühiti araşdırmaq üçün yaradılmış monitorinq qrupunun fəaliyyətinə mane oldular. Bu isə azərbaycanlıların haqlı etirazlarına səbəb oldu. Bu çür yanaşma diplomatik və strateji baxımdan doğru mövqedir", -deyə Z.Qarayeva bildirib.

Onun sözlərinə görə, rus sülhməramlılarının azərbaycanlıların haqlı etirazına cavabı yoxdur: "Bu etiraz aksiyalarının ikinci mərhələsi gözlənilir. Aksiyaçıların təhlükəsizliyini təmin etmək üçün xüsusi təyinatlı qüvvələr əraziyə yerləşdirilir.

Rusiyanın hərbi imkanlarının Ukraynaya dislokasiyasını nəzərə alsaq, rəsmi Moskva etirazların hərbi qarşıdurmaya keçməməsi üçün yumşaq addımlar atacaq.

Düşünürəm ki, bu proseslər anti-terror hadisələrin olması labüd edir".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026