• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ceyhun Bayramovla belaruslu həmkarı arasında telefon danışığı oldu

SİYASƏT

15 Dekabr 2022 | 13:31 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramovla belaruslu həmkarı arasında telefon danışığı oldu

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. C.Bayramov Belarus xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026